EventsMədəniyyətTəqdimat

“Azərbaycanda ölü vəziyyətində olan klub mədəniyyəti…”

Ötən gün Bakı Olimpiya Stadionunda “10Line” radionun təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən “10Line” radionun təsisçisi İbrahim Əzimov radionun qısa tarixçəsindən danışıb və fəaliyyətlərinin məqsədini açıqlayıb:

““10Line” radio (10line.az) 2015-ci ildən yayımdadır. Sadəcə olaraq, bu vaxta qədər geniş auditoriya nəzərdə tutulmamışdı. Bu ilin ilk aylarında 150 mindən çox dinləyiciyə xidmət edən və 24 saat yayımda olan radio nəinki Azərbaycanda, həmçinin Avropa və MDB ölkələrində də maraqla dinlənilir. Onlayn radio olaraq tez bir zamanda dünya onlayn radio siyahısında, xüsusiylə Avropada diqqəti üzərimizə çəkməyi bacarmışıq.

Radionu təsis etməkdə məqsədimiz Azərbaycanda ölü vəziyyətində olan klub mədəniyyətini inkişaf etdirməkdir. Diqqət yetirsək, hazırda gənclərimiz alternativ əyləncə yerləri tapmaqda çətinlik çəkirlər. Bu səbəblə də Azərbaycanda yüksək səviyyəli tədbirlərin təşkilini həyata keçirməkdir ki, gənclər asudə vaxtlarını düzgün intellektual səviyyədə dəyərləndirə bilsinlər. Buna təkan olaraq bu onlayn radio bir vasitə kimi seçilib. İnkişaf perspektivi də klub mədəniyyətinin düzgün formalaşmasına yönəlib. Buna görə də radioda milli və xarici klub xarakterli hər üslubda mahnılar səslənilir. Hazırda Azərbaycan dilində verilişlər yayımlanır. Gələcəkdə əlavə olaraq rus və ingilis dillərində verilişlərin yayımını planlaşdırırıq.”

İ.Əzimov onu da qeyd edib ki, son illər dünyanın bir çox ölkələrində EDM janrında mahnıların dinləyciləri artmaqdadır. Bu janrın Azərbaycanda da dinləyciləri var və getdikcə artmaqdadır ki, rəhbərlik bunu da nəzərə alıb:

“Radionun rəhbəri Gözəl Əzimovanın təşəbbüsüylə gündəlik yayımda EDM janrında mahnılardan daha çox istifadə edirik. Çünki EDM janrı sırf klub musiqi mədəniyyətiylə vəhdət təşkil edir.”

Aktrisa Günay Pirizadənin aparıcısı olduğu tədbirdə ictimai xadimlər, iş adamları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!