“Azərbaycanda Penitensiar Islahatlara Əlavə Dəstək”-FOTO-lar
17 yanvar tarixində Avropa İttifaqının və Avropa Şurasının “Azərbaycanda Penitensiar Islahatlara Əlavə Dəstək” birgə layihəsinin təqdimat tədbiri keçirilib. Layihənin əsas məqsədi məhkumlar üçün səhiyyə xidmətlərinin və həbsxanaların idarəolunmasının təkmilləşdirilməsinə ən qabaqcıl Avropa standartlarına və təcrübəsinə uyğun dəstək göstərməkdir.
Layihə həbsxanalarda tibb işçilərinin potensialının inkişafı və üç pilot həbsxanada (qadın məhbuslar üçün həbsxana da daxil olmaqla) həbsxana rəislərinin peşəkarlığının artırılmasına dəstək göstərəcək. Frame.az