IqtisadiyyatTəqdimatƏn Son

Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb

Bu gün Azərbaycanın təhsil naziri Ceyhun Bayramov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) üzvləri üçün təşkil edildiyi aylıq işgüzar naharda iştirak edib.

“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov və icraçı direktoru Natəvan Məmmədova tədbiri açıq elan etdikdən sonra söz təhsil naziri Ceyhun Bayramova verilib. Təhsil naziri öz çıxışında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində görülmüş işlərdən, təhsil sistemində əldə edilmiş nailiyyətlərdən danışıb. Ceyhun Bayramov iştirakçılara təhsil sahəsində dövlət-özəl sektor əməkdaşlığının mövcud modelləri və bu istiqamətdə mümkün layihələr haqqında ətraflı məlumat verib.

İşgüzar naharda “AmCham”ın üzvləri tərəfindən təqdimatlar keçirilib. Həmçinin, Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) nümayəndələri Azərbaycanın 22 rayonunda həssas uşaqları dəstəkləmək üçün yeni sosial biznes layihəsini təqdim ediblər.

Tədbirdə diplomatik korpusun nümayəndələri də daxil olmaqla 150-dən çox qonaq iştirak edib.

Qeyd edək ki, “AmCham Azərbaycan” üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada hökumət rəsmiləri, parlament üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edir. Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” ölkə iqtisadiyyatının hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!