EventsSərgiTəqdimat

Azərbaycanın Xalq rəssamı Rafiq Mehdiyevin 85 illik yubileyinə həsr olunmuş anım günü keçiriləcəkdir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2018-ci il 30 oktyabr saat 16:00-da Muzey Mərkəzinin Akt zalında Azərbaycanın Xalq rəssamı Rafiq Mehdiyevin 85 illik yubileyinə həsr olunmuş anım günü keçiriləcəkdir.

“İz” layihəsi çərçivəsində keçirilən silsilə tərbirlərdən növbətisirəssam Rafiq Mehdiyevin Azərbaycan incəsənətində keçdiyi inkişaf yoluna həsr olunub.

Rafiq Mahmud oğlu Mehdiyev 1933-cü il iyunun 10-da Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur. 1948-1953-cü illərdə Əzim Əzimzadə adına rəssamlıq texnikumunda, 1953-1958-ci illərdə Surikov  adına Moskva Dövlət Rəssamlıq İnstitutunun “Qrafika” fakültəsində  təhsil almışdır.

Rafiq Mehdiyevin yaradıcılığının formalaşıb inkişaf etməsində rus rəssamlıq məktəbinin böyük təsiri olmuşdur. Rəssam 1959-cu ildə Moskvada keçirilən “Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi” və “Ümumittifaq  təsviri incəsənət  sərgisi”ndə iştirak etmişdir.

Rəssam kitab qrafikası sahəsində ardıcıl fəaliyyət göstərmişdir. O, Cəlil Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunan “Poçt qutusu”, “Saqqalı uşaq”, “Danabaş kəndinin əhvalatı”, “Qurbanəlibəy” əsərlərinə illüstrasiyalar çəkmişdir.

Rəssamın yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur. Rafiq Mehdiyevin  “Axşam” və “Səhər” (1970-ci illər) adlı ofortlarında lirik kənd mənzərəsi əks olunur.

Onun linoqravüra texnikasında yaratdığı əsərlər maraq doğurur. 1959-cu ildə Moskvada keçirilən  Azərbaycan ədəbiyyatı və  incəsənəti on günlüyündə  rus yazıçısı N.Poqodinin “Silahlı adam”, eləcə də  M.İbrahimov “Gələcək gün” romanına çəkdiyi linoqravüralar nümayiş  etdirilmişdir.

Rafiq Mehdiyev monotipya texnikasında  bir sıra  əsərlər yaratmışdır. Onların içərisində  “Kənd”, “Uşaqlar”, “Qadın uşaqla birlikdə”, “Bazarda”, “Bir cərgə”, “Son gün”, “Güllələnmə”, “Bir cərgə”, “Yağışdan sonra” tablolarının adlarını qeyd etmək olar.

Rəssam dəzgah qrafikası ilə yanaşı gözəl rəngkarlıq nümunələri yaratmışdır. O, 1965-ci ildə Moskvada təşkil olunmuş “Sülhün keşiyində” Ümumittifaq  bədii sərgisində  nümayiş etdirilən “Həyat” tablosu, elə həmin il Bakıda təşkil olunmuş  “Sülhün keşiyində” respublika bədii sərgisində də iştirak etmişdir. Rafiq Mehdiyevin “Əməyə eşq olsun” respublika bədii sərgisində “Üzüm yığanlar”, “Təzə xəbər”, “İstirahət”, “Natürmort”  tabloları nümayiş olunmuşdur.

Rafiq Mehdiyev 1980-cı ildə əməkdar rəssam, 1988-ci ildə dosent, 1992-ci ildə isə professor və Xalq rəssamı fəxri adına layiq görülmüşdür. O, 2003-cü ildən prezident təqaüdçüsü olmuşdur.

Rəssam 2009-cu ildə Bakıda vəfat etmişdir.

Tədbirdə Rafiq Mehdiyevin əsərlərininn təqdimatının keçirilməsi nəzərdə tutulur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!