“ABAD”ın sayca beşinci “food hall”-u açıldı
3 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ağcabədi “ASAN Həyat” kompleksi və onun nəzdində fəaliyyət göstərən “ABAD Food Hall”-un açılışı baş tutub.
Ağcabədi “ABAD Food Hall” sayca 5-ci sərgi-satış salonudur. Burada ABADçılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış qida məhsullarının sərgi-satışı təşkil ediləcək.
Xatırladaq ki:
– İmişli “ABAD Food Hall” 2018-ci il 22 oktyabr;
– Şəki “ABAD Food Hall” 2018-ci il 29 oktyabr;
– Şamaxı “ABAD Food Hall” 2019-cu il 5 dekabr;
– Kürdəmir “ABAD Food Hall” isə 2020-ci 12 fevral tarixində fəaliyyətə başlayıb.