EventsIqtisadiyyatTəqdimatƏn SonƏn Son

“Azəriqaz” bu gündən yeni növ sayğacların quraşdırılmasına başlayır

“Azəriqaz” İstehsalat Birliyi fevralın 1-dən etibarən Almaniya istehsalı olan yeni növ əvvəlcədən ödənişli “Zenner” markalı sayğacların quraşdırılmasına başlayır.

Birlikdən Frame.az-a bildirilib ki, artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib. “Azəriqaz”ın Sayğacların tətbiqi və idarə edilməsi, nəzarət olunması şöbəsindən verilən məlumata görə, “Zenner” markalı qaz ölçü qurğularının 2020-ci ildə həm iş prinsipləri, həm də yerli proqram təminatına inteqrasiyası ilə bağlı aparılan sınaq işləri uğurla tamamlanıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi mövcud qaydalara uyğun olaraq sayğac əvəzlənmələri zamanı yeni sayğaclardan istifadə ediləcək.

Şöbə rəisi Rövşən Məhyəddinovun sözlərinə görə, ilk dəfə olaraq əvvəlcədən ödənişli qaz sayğaclarının proqram təminatı mövcud yerli proqram təminatına inteqrasiya olunub. O, həmçinin qeyd edib ki, istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də yeni əvvəlcədən ödənişli sayğaclar quraşdırılacaq. Ümumiyyətlə, sayğac əvəzlənməsi zamanı seçim abonentin ixtiyarına buraxılacaq. Onun istəyindən aslı olaraq ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac quraşdırılacaq.

Qeyd edək ki, gələn həftə regionlarda da bu sayğacların quraşdırılmasına başlanılacaq. İlkin mərhələdə bu proses Gəncə və Ağsu şəhərlərində icra olunacaq. Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriya sayım əməliyyatının olmaması və smart-kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!