FashionMədəniyyətTəqdimat

Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən, Novruz bayramına həsr olunmuş II Beynəlxalq Milli Geyim Festivalında fəxri qonaq kimi iştirak edib.

Frame.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və İtaliyadan olan dizaynerlər də öz kolleksiyalarını nümayiş etdiriblər.

Azərbaycanlı dizayner Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin dəvəti ilə bu tədbirə qatılıb və festivalın açılışı və bağlanışı fəxri qonaq kimi ona həvalə edilib. Festivalda dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib.

Festivalda yerli və əcnəbi dizaynerlərin dəb nümayişləri, gənc modelyerlər üçün ustad dərsləri, folklor ansamblları və ifaçılarının çıxışları da olub. Təqdim olunmuş ən yaxşı kolleksiyaların müəllifləri mükafatlara layiq görülüblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!