Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos və Türkiyənin Kosmik Agentliyi arasında kosmik sahədə Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən Frame.az-a bildirilib ki, imzalanma mərasimi Parisdə Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilib.

Memorandum Yerin məsafədən müşahidəsini və texnologiyanın inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsini, kosmik sahə üzrə kommersiya və təhsil imkanlarını dəyərləndirmək üçün qarşılıqlı fayda gətirən təcrübə və bilik mübadiləsi proqramlarının genişləndirilməsini nəzərdə tutur.

Sənəd Azərkosmos və Türkiyə Kosmik Agentliyinin beynəlxalq kosmik layihələrdə birgə fəaliyyətinə, yerli kosmik ekosistemin, kosmik elm və digər sahələrin inkişafında fəal əməkdaşlığına yol açacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: