IqtisadiyyatTəqdimat

“Azərbaycan öz ərazisində qanuni torpağı üçün və bu torpağı işğalçıdan azad etmək üçün vuruşur”

Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Sum şəhərində A.S.Makarenko adına Sum Dövlət Pedaqoji Universitetinin müəllim heyəti ilə görüş keçirib (konsulluq dairələri: Xarkov, Sum, Çerniqov, Poltava, Dnepropetrovsk, Zaporojye bölgələri). Görüş, koronavirus pandemiyası səbəbindən karantinə və COVİD-19 virusunun Ukrayna ərazisində yayılması ilə bağlı zonalaşdırılmaya (Sum şəhəri, narıncı zona) uyğun, sosial məsafə və maska rejiminə riayət olunmaqla keçirilib.

Fəxri Konsul Əfqan Salmanov əvvəlcə 30 il davam edən Qarabağ hərbi münaqişəsindən (beynəlxalq ad) və bu münaqişənin hansı yolla başlamasından – Ermənistanın Azərbaycan ərazilərini – Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğalından, dünyada heç kəs tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ respublikasının yaradılmasından bəhs edib. Daha sonra konsul Ermənistanın bu torpaqları məscidləri alçaltmaqla, minillik tarixi abidələri, yaraşıqlı binaları dağıtmaqla hansı vəziyyətə gətirdiklərini göstərən video görüntüləri nümayiş etdirib.

Halbuki, 30 il ərzində Ermənistana Azərbaycanın qanuni ərazilərini qaytarmağı tapşıran 4 BMT qətnaməsi mövcuddur. Lakin sözügedən bu 30 ildə Ermənistan nəinki BMT-nin qətnamələrinə, ümumiyyətlə dünya birliyinə, aparıcı beynəlxalq təşkilatlara – Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına, ATƏT-in qərarlarına və Avropa Parlamentinin qətnamələrinə heç bir məhəl qoymur.

“Azərbaycan və Ukraynanın ölkə ərazisinin bir hissəsinin işğal olunması kimi ümumi ağrısı və bəlası var. Necə və hansı şəkildə münaqişə adlandırıldığına baxmayaraq, bu muharibədir. Əgər Ukraynada bu vəziyyət 6 ildir davam edirsə, Azərbaycanda artıq 30 ildir. Ermənistanın Baş nazirinin işğal olunmuş ərazilərdə, Xankəndində “Qarabağ Ermənistandır, nöqtə” sözlərinin deməsi son damla oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev buna belə cavab verdi: “Qarabağ Azərbaycandır və nida”. Təxribat xarakterli bu bəyanat faktiki olaraq danışıqlar prosesinə böyük zərbə vurdu. Əgər Ermənistanın Baş naziri “Qarabağ Ermənistandır” deyirsə, hansı danışıqlardan söhbət gedə bilər?!».

27 sentyabr 2020 il tarixində isə Azərbaycan Ordusunun cavab verdiyi növbəti təxribatlar baş verərək müharibənin qızğın fazası bərpa olunub”, – deyə Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov tədbir iştirakçılarına bildirib. – Azərbaycan Respublikasının Ali Baş Komandanı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqına müraciətində bu gün baş verənləri belə xarakterizə edib:
“Bizim mövqeyimiz beynəlxalq hüquq və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr vurur. Azərbaycan ordusu bu gün öz torpaqlarında ərazi bütövlüyünü qoruyur. Erməni əsgəri bizim torpağımızda nə edir?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kimə sirr deyil ki, “Dağlıq Qarabağ Ordusu”-nun şəxsi heyətinin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və qoyulacaqdır”.

Müəllimlər ilə görüş Ukraynada Müəllim Günü ərəfəsində keçirildiyindən, Fəxri Konsul əliboş deyil, A.S.Makarenko adına Sum Dövlət Pedaqoji Universitetinin müəllimləri və tələbələri üçün yüzlərlə tibbi maskalarla gəlib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!