FinansIqtisadiyyatTurizmTəqdimat

“Atəşgah” Sığorta Qrupunun rəhbər heyəti yeni strategiya planının müzakirəsinə toplandı

Ötən gün “Atəşgah” Sığorta Qrupu “Hyatt Regency” otelinin Nizami konfrans zalında son 3 ilin nəticələrinin təhlili əsasında növbəti 3 il (2023-2025) üçün strateji planın hesabatına toplaşıb.

“Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Azər Əliyevin açılış nitqi ilə başlayan tədbirdə “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının Sədri Ruslan Əliyev, “Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri İntiqam Hüseynov, ”Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü Elçin Əhmədov, “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü Namiq Xəlilov, “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının müstəqil üzvü Yekaterina Şebarova və başqa rəhbər şəxslər, eləcə də bir sıra mühim əməkdaşlar iştirak etmişdir. Rəhbərliyin açılış nitqlərindən sonra “Atəşgah” Sığorta Qrupunun tarixinə həsr olunmuş video-rolik izlənib. Tədbirin rəsmi hissəsindən sonra son 3 il ərzində “Atəşgah” SŞ-nin qarşısına qoyduğu hədəflər üzrə görülən işlər təhlil edilmiş, növbəti 3 illik dövr (2023-2025) üçün  planlar müzakirə olunmuşdur.

Atəşgah Sığorta Şirkətinin növbəti 3 illik strategiyasının hazırlanmasında Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş dövlətimizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər əsas götürülmüşdür.

Missiya və vizyonuna daim sadiq qalan “Atəşgah” SŞ əhalini sığorta sahəsində maarifləndirmək, biznes sektorunu etibarlı maliyə müdafiəsi ilə təmin etmək, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və ekoloji təmiz mühit yaratmaq naminə son 3 ildə çoxşaxəli işlərə, layihə və tədbirlərə öz imzasını atmış, bu yolda daha çox işlər görmək üçün yeni hədəflər və strategiya müəyyən etmişdir. Ötən dövr ərzində Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Ordumuzun Zəfər qələbəsi Şirkəti yeni hədəflərə çatmaqda ruhlandırmış və  növbəti illər üçün tərtib etdiyimiz strategiyada bununla bağlı bir sıra addımlar öz əksini tapmışdır.

Belə ki, tədbir zamanı ölkəmizin zəfərlə işğaldan azad etdiyi əzəli torpaqlarımızın açdığı yeni imkanlardan yararlanaraq, işğaldan azad olmuş torpaqlarda abadlaşdırma və biznes mühitinin inkişafı yolunda edilməli olan bir sıra tədbirlər də “Atəşgah” SŞ-nin 2023-2025-cü illər strategiyasına başlıca hədəf kimi nəzərdə tutulmuşdur.

Şirkət əməkdaşlarının maliyyə bazarı və sığorta sektorunun analizi , problemlər və imkanlar barəsində müzakirələri, Şirkətin güclü və zəif tərəflərindən, iqtisadi vəziyyət və imkanlardan çıxış edərək tərtib etdiyi “SWOT” analiz gələcəkyönümlü proqnozlar qurmağa və gələcəyi daha aydın planlamağa  yardımçı olmuşdur.

Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!