FutbolIdman

Azərbaycan Premyer Liqası: “Neftçi” “Sumqayıt”ı məğlub edib

Oktyabrın 27-da futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Frame.az xəbər verir ki, “Kapital Bank Arena”da “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gəlib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 4:2. Qollardan 3-ü penaltidən vurulub. Oyunun 5-ci dəqiqəsində Şəhriyar Əliyevə qarşı kobudluqdan sonra Mehdi Şərifi meydan sahiblərini önə keçirib. Qarşılaşmanın 28-ci dəqiqəsində isə Stiven Monrozun qazandığı penaltini isə flaqmanın kapitanı Emin Mahmudov dəqiq yerinə yetirib. Oyunun 34-cü dəqiqəsində Baqali Dabo kombinasiyanı dəqiq tamamlayıb. Dabo 82-ci dəqiqədə Mahmudova daha bir penalti vurmaq imkanı qazandırıb. Kapitan bu dəfə də dəqiq olub. Bir dəqiqə sonra fransalı forvardın özü dubl edib. Matçda son nöqtəni oyunun əsas vaxtına edilmiş əlavə dəqiqələrdə meydan sahiblərindən Amil Yunanov qoyub.

Bu qələbədən sonra “Neftçi” xallarını 17-yə çatdıraraq 2-ci pilləyə qayıdıb və lider “Qarabağ”la xal fərqini 5-ə endirib. 10 xala malik “Sumqayıt” isə 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış matçında “Keşlə” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. “Sabah” – “Keşlə” matçında qalib müəyyənləşməyib – 2:2.

Tura oktyabrın 28-də “Qarabağ” – “Səbail” matçı ilə yekun vurulacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!