SağlamlıqTəqdimatƏn Son

Azərbaycan Tibb Universitetində pulsuz kardioloji müayinə kampaniyası keçiriləcək

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar pulsuz kardioloji müayinə kampaniyası təşkil ediləcək.

Universitetin mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, klinikanın kardioloqu Elnur İmanov mayın 10-da saat 09:00-dan 15:00-a qədər uşaqların kardioloji müayinəsini keçirəcək.

Müayinədən yararlanmaq istəyənlər üçün ünvan: Bakı şəhəri, Mərdanov qardaşları 1001-ci məhəllə, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası (10-cu mərtəbə).

Əlaqə telefonu: (+994 50 647 41 29).

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!