TurizmTəqdimat

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının ilk Baş Assambleyası təşkil edilib

Aprelin 15-də Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının ilk Baş Assambleyası təşkil edilib. Tədbirdə turizm və məkan bələdçiləri ilə yanaşı digər sənaye nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid yeni turizm inkişafı strategiyasında turizm bələdçilərinin rolu və peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyini vurğulayaraq sənayenin bütün üzvlərini əməkdaşlığa dəvət edib.

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Agentliyin sənaye birliklərinin fəaliyyətinə daim dəstək verməyə, həmçinin turizm bələdçilərinin peşə statusunun təkmilləşdirilməsi işində dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Assambleyada bələdçilər üçün təlim və sertifikasiya qaydaları haqqında məlumat verilib, prosesin yalnız Bakı və Abşeronu deyil, bütün respublikanı əhatə edəcəyi, milli və regional səviyyədə təşkil olunacağı qeyd edilib. Aktiv bələdçilərə yeni metodologiya ilə təkmilləşdirmə üzrə Ümumdünya Turizm Bələdçiləri Federasiyasının beynəlxalq təlimlərinin keçiriləcəyi bildirilib.

Təşkilatın Baş katibi Yəyha Bayramov birliyin məqsəd və vəzifələri, üzvlük şərtləri, peşəkar bələdçiyə olan tələblər, Assosiasiyanın üzvlərə verəcəyi üstünlüklərdən bəhs edib və İdarə Heyətinin üzvləri iştirakçılara təqdim olunub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!