EventsTəqdimatƏn Son

Azərbaycan Xalça Muzeyində turizm işçilərinin təltifolunma mərasimi keçirildi

Azərbaycan Xalça Muzeyində turizm işçilərinin peşə bayramı münasibətilə sektor nümayəndələrinin təltifolunma mərasimi keçirildi.
Mərasimdə çıxış edən Əbülfəs Qarayev Dünya Turizm Günü və ölkəmizdə ilk dəfə qeyd olunan “Turizm işçiləri günü” peşə bayramı münasibətilə bütün sektor nümayəndələrini təbrik etdi.
Ölkəmizdə turizm sənayesinin inkişafı üçün atılan addımlardan danışan nazir bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 27 sentyabrın turizm işçilərinin peşə bayramı kimi təsis olunması da dövlətin bu sahəyə diqqət və qayğısından xəbər verir: “Turizm işçilərinin peşə bayramının ilk dəfə keçirilməsinə baxmayaraq, bu gün ölkəmizdə geniş tədbirlərlə qeyd olundu. Bu tədbirlərdə xarici qonaqların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı onların əhəmiyyətini daha da artırmış oldu. Mərasimin keçirildiyi ünvan isə rəmzi xarakter daşıyır. Burada Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəniyyətin bir parçası nümayiş olunur. Bu muzey həm eksponatlarına həm də memarlıq baxımından ölkəmizə gələn bütün turistlərin baş çəkdiyi əsas ünvanlardandır”.
Əbülfəs Qarayev turizm sektorunun inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi.
Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və digər çıxış edənlər Dünya Turizm Günü münasibətilə öz təbriklərini çatdırdılar, ölkəmizdə turizm sənayesinin inkişaf etdirilməsi üçün çalışan hər kəsə uğurlar arzu etdilər.
Mərasimdə daha sonra UNWTO-nun baş katibi Taleb Rifainin videomüraciəti yayımlandı. Müraciətdə dünya turizminin vəziyyəti və gələcək inkişafının təmin olunmasının vacibliyi vurğulandı.
Çıxışlardan sonra Əbülfəs Qarayev ölkəmizdə turizmin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup şəxsə Mədəniyyət və Turizm Nazirliyin «Fəxri turizm işçisi» döş nişanını təqdim etdi. Mükafatlar Bəxtiyar Qılıncov, Ruslan Quliyev, Eldar Əlmuradov, Zakir Əliyev, İbrahim Əliyev, Bəşir Hacıyev, Nasir İmaməliyev, Dadaş Maksudov, Rauf Paşayev və başqalarına təqdim olundu.
Tədbir Azərbaycan Xalça Muzeyində sərgilənən əsərlərə baxışla davam etdi.

This slideshow requires JavaScript.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!