IdmanTəqdimat

Şahmat üzrə Dünya Kuboku: Qalib tay-brekdə məlum olacaq

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda medalların taleyinə tay-brekdə aydınlıq gələcək.

Finalın ikinci oyununda norveçli Maqnus Karlsen Hindistan şahmatçısı Rameşbaba Praqnanandxa ilə bərabərə qalıb. İlk oyunda da heç-heçə qeydə alındığından Dünya Kubokunun qalibi tay-brekdə məlum olacaq.

Üçüncü yer uğrunda ikinci oyunda Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub. İlk oyunda N.Abasov qalib gəldiyindən ümumi hesab bərabərləşib.

Şahmatçılar avqustun 24-də tay-breykdə üz-üzə gələcəklər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!