Bizim AşpazDünya MətbəxiLəzzətli BölümTurizmTəqdimat

“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib

Türkiyənin “TV8” telekanalı Dövlət Turizm Agentliyinin dəstəyi ilə “MasterChef Türkiye” kulinariya yarışmasının növbəti buraxılışını Azərbaycana həsr edib.

Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.

Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzələrindən kadrlar təqdim olunur.

“MasterChef Türkiye”nin Azərbaycan buraxılışı 24 avqust Bakı vaxtı ilə 21:00-da Türkiyənin “TV8” telekanalında yayımlanacaq.

https://www.instagram.com/reel/CwTWfXrK_Ip/?utm_source=ig_web_copy_link&igshid=MzRlODBiNWFlZA==

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!