IqtisadiyyatSağlamlıqTəqdimat

Naxçıvan sakinləri üçün pulsuz, özəl tibb xidməti

Azərbaycan dövlət səhiyyə sistemində ilk dəfə Naxçıvan Muxtar Respublikasında  Mobil Laboratoriya Xidməti fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi vətəndaşların rahatlığını düşünərək yeni Mobil Laboratoriya Xidmətini təqdim edib. Nazirlik bu xidməti  hərəkət və ya vaxt məhdudiyyəti olan, yolu uzaq olan, xəstəxanaya istənilən səbəbdən gələ bilməyən pasiyentlər üçün nəzərdə tutub.  

Mobil Laboratoriya Xidməti vasitəsilə muxtar respublikanın bütün ərazisində evlərdə və iş yerlərində laborator analizlərin götürülməsi təmin ediləcək. Peşəkar tibb personalı pasiyentlərə uyğun məkanda biomaterial nümunəsini götürərək, onu saxlanma şərtlərinə uyğun Naxçıvan Muxtar Respublikası Xəstəxanasının laboratoriyasına çatdırıracaq, analizlər aparılıb, nəticələri barədə məlumat pasiyentin təqdim etdiyi elektron əlaqə vasitələrinə göndəriləcək. Bununla da, nə  qan vermək üçün, həm də nəticələri öyrənmək üçün xəstəxanaya gəlməyə ehtiyac qalmayacaq. 

Hazırda xidmətin 0602300103 əlaqə nömrəsi aktivdir. Muxtar Respublika sakinləri həftə içi iş saatlarında zəng etməklə və ya whatsapp mesajı göndərməklə daha ətraftlı məlumat ala və analiz götürülməsi üçün çağırış edə bilərlər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!