Azərbaycan Xalça Muzeyində ustad dərsləri davam edir
Oktyabrın 24-dən etibarən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələrə və ustad dərslərinə start verilib.
Azərbaycan xalçası əsirlər boyu özündə milli xarakteri, milli adət-ənənəni, Azərbaycan ədəbiyyatını və tarixini əks etdirən bir sənət nümunəsidir və tarixi sənəddir.
Bildirək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.
Dərslər Moskova Dövlət Elmi-Təqiqat Bərpa üzrə İnstitutunun yüksək dərəcəli bərpaçı-rəssamları Sofya Martyanova və Yuliya Xrebtova tərəfindən həyata keçirilir.
Bu müddət ərzində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində artıq Almaniya, Qırğızıstan və Qazaxıstandan dəvət olunmuş mütəxəsisslər tərəfindən parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərsləri keçirilib
Onuda qeyd edək ki, “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərsləri dekabrın 2-də başa çatacaq. Frame.az