IdmanTəqdimat

Azərbaycana dağ xizəyi üzrə Beynəlxalq yarışların keçirilməsi hüququ verilib

Qış İdman Növləri Federasiyası tərəfindən 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FIS)   ünvanlanan müraciətə əsasən  “Şahdağ” Turizm Mərkəzində aparılan yamacların homoloqasiya prosesi ((yoxlanışdan keçmə)  başa çatıb.
FIS tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilən prosedurların nəticəsində  “Şahdağ” Turizm Mərkəzinə Beynəlxalq Xizək Federasiyası (FİS)  tərəfindən homologasiya (yoxlanışdan keçmə) sertifikatı təqdim edilib.
Sertifikata əsasən Şahdağ Turizm Mərkəzinə  Dağ Xizəyinin Slalom,Giqant Slalom və Super G növü üzrə beynəlxalq yarışların keçirilməsi  hüququ verilir.
Eyni zamanda  “Şahdağ” Turizm Mərkəzi beynəlxalq yarışların keçirilməsi üçün Beynəlxalq Xizək Federasiyasının yarış təqviminə əlavə edilməsi imkanı yaradır.
Qeyd edək ki, Homoloqasiya xizək və snoubord idmançılarının ən yüksək səviyyələrdə çıxış edə biləcəyi məkanların inkişafının vacib aspekti hesab edilir. FIS yarışlarının keçirildiyi bütün yamacların  homologasiyadan keçirilməsi vacib amil olaraq qəbul edilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!