Baku City CircuitEventsFormula 1Idman

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyasi keçirib

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə aprelin 13-də Bakının müxtəlif yerlərində ağacəkmə aksiyasi keçirib.

Frame.az xəbər verir ki, şirkətin işçi heyəti, marşal və könüllülərindən ibarət kollektivinin iştirak etdiyi aksiyaya Bakı Su İdmanı Sarayının yaxınlığında start verilib. Xüsusi olaraq ayrılmış bu yerdə çox sayda ağac əkən aksiya iştirakçıları daha sonra Bakı Olimpiya Stadionuna yollanıblar. Burada onlara Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) könüllüləri qoşulublar.

İştirakçılar hər iki məkanda ümumilikdə 321 ağac əkiblər. Şəhidlərimizin əziz xatirəsinin qeyd olunduğu xatirə lövhəsi də quraşdırılıb.

Əməliyyat şirkətindən bildiriblər ki, şəhidlərimiz arasında 1 nəfər Bakı Şəhər Halqasının könüllüsü də olub və əkilən ağaclar idman ictimaiyyətinin 321 şəhidinin simasında bütün şəhidlərimizə həsr olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!