Covid-19SağlamlıqTəqdimat

Azərbaycanda koronavirusa 514 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1306 nəfər müalicə olunaraq sağalıb, 514 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 327 min 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 308 min 317 nəfər müalicə olunaraq sağalıb, 4713 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 571 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 346 min 12 test aparılıb. Bugünkü test sayı isə 8081-dir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!