Mobil dünyaTəqdimat

® Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

“Azercell” uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verməkdə davam edir

 

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəyi ilə Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub. Sayca VI Uşaq Paralimpiya İdman Oyunları bu il hər bir idman növü üzrə ayrı-ayrı yarışlar şəklində və karantin rejiminin tələblərinə uyğun olaraq keçirilib.

Oyunlarda Bakı, Gəncə, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasından paralimpiyaçı uşaqlar iştirak ediblər. Noyabrın 13-dən dekabrın 22-dək baş tutan VI Uşaq Paralimpiya İdman Oyunlarında ümumilikdə 5 idman növü üzrə 120-yə yaxın uşaq yarışıb.

Uşaqlar pauerliftinq, stolüstü tennis, cüdo, üzgüçülük və parataekvondo idman növləri üzrə oyunlarda iştirak ediblər. Hər idman növü üzrə yarışlar müxtəlif kateqoriyalarda keçirilib. Nəticədə 70-dən çox uşaq fərqli dərəcələr üzrə qalib elan olunub.

Sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edən “Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.

2021-ci ilin yayında Tokioda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan Milli komandalarının tərəfdaşı kimi çıxış edən “Azercell Telekom” MMC növbəti Uşaq Paralimpiya yarışmasının iştirakçılarını və qaliblərini təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayır.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!