IqtisadiyyatSəyahətTurizmTəqdimatƏn Son

Azərbaycanın turizm imkanları Almaniyada təbliğ olunur

Azərbaycanın işgüzar turizm imkanları 21-23 may tarixlərində Almaniyada keçirilən, işgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri sayılan “IMEX Frankfurt” sərgisində tanıdılır.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, beynəlxalq sərgidə ölkənin işgüzar turizm potensialını tanıtmaq və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaq üçün Azərbaycan Konqreslər Bürosu ilə birlikdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, “Buta Airways”, Bakı KonqresMərkəzi, “PAŞA Travel/Konqres” şirkətləri ilə yanaşı, “Absheron Hotel Group”, “JW Marriott Absheron Baku” hotelləri də iştirak edir.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi və Azərbaycanda İşgüzar Tədbirlər Sənayesi Alyansının formalaşdırılması istiqamətində aktiv iş aparılır.

2002-ci ildən başlayaraq hər il keçirilən “IMEX Frankfurt” sərgisi Almaniyanın görüşlər, konfranslar, tədbirlər və işgüzar səyahətlər sahəsində ən mühüm ticarət sərgisi sayılır. Ötən il 10 minə yaxın ziyarətçi qəbul edən sərgidə bu il dünyanın 150-dən çox ölkənin nümayəndələri təmsil olunurlar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!