AirnewsSəyahətTəqdimatƏn SonƏn Son

AZAL 155 Azərbaycan vətəndaşını Ukraynadan vətənə çatdırıb

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 30-da Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib.

AZAL-dan Frame.az-a bildirilib ki, həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.

Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!