AirnewsIqtisadiyyatSəyahətTurizmTəqdimatƏn SonƏn Son

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində səyahəti əvvəlcədən planlaşdırmağı tövsiyə edir

Azərbaycanda noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq, AZAL reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Frame.az-a verilən məlumata görə, aviadaşımaların pik dövrü həmişə sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.

Qeyd edək ki, hazırda Bakıdan Naxçıvana və əks istiqamətdə gündəlik uçuşların sayı 6 reys təşkil edir.

Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!