AirnewsIqtisadiyyatSəyahətTurizmTəqdimat

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə, həm də hər iki istiqamətdə aviabiletlər üçün keçərlidir.

Bakıdan Pekinə aviabiletlərin qiyməti:

• Bir tərəfə — 235 ABŞ dollarından;

• Gediş-dönüş — 391 ABŞ dollarından;

Pekindən Bakıya aviabiletlərin qiyməti:

• Bir tərəfə — 214 ABŞ dollarından;

• Gediş-dönüş — 398 ABŞ dollarından başlayır.

Qeyd edək ki, endirimli qiymətlər yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 2024-cü il mayın 31-nə kimi həyata keçirəcəyi reyslərinə şamil olunur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Pekində Böyük Çin səddinə ziyarət və Saray Muzeyində gəzintidən, ənənəvi Çin mətbəxinin dadı və məşhur bazarlarda alış-verişdən zövq ala bilərsiniz. Xüsusi qiymətlərlə Pekinə səyahət etmək fürsətini qaçırmayın!

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.

 

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!