Frame LifeIqtisadiyyatSağlamlıqSosialTəqdimat

“Azerbaijan International Mining Company” Gədəbəydə aztəminatlı ailələrdən olan şagirdlərə dəstək olub

“Azerbaijan International Mining Company” (AIMC) Gədəbəy Rayonu İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Gədəbəyin müxtəlif kəndlərində aztəminatlı ailələrdən olan şagirdlərə yardım edib.

AIMC nümayəndələri Gədəbəydə yerləşən Söyüdlü, Daşbulaq, Xarxar, Arıqdam və Qaradağ kəndlərini ziyarət edərək 1-ci sinif şagirdlərini yeni dərs ilinə başlamaları münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıblar. Şirkət tərəfindən Söyüdlü kənd Ə.Musayev adına tam orta məktəbinin 34, Arıqdam kənd tam orta məktəbinin 35, Xarxar kənd tam orta məktəbinin 16, Gədəbəy rayon 2 saylı tam orta məktəbinin 22, Qaradağ kənd ümumi orta məktəbinin 12, Daşbulaq kənd ümumi orta məktəbinin 1 şagirdinə məktəbli formaları və ləvazimatları hədiyyə edilib. Məktəb direktorları və valideynlər AIMC və Gədəbəy Rayonu İcra Hakimiyyətinə təşəkkürlərini bildiriblər.

Fəaliyyət göstərdiyi ərazidə əhalinin həyat kefiyyətini yaxşılaşdırmağı hədəfləyən AIMC sosial məsuliyyət siyasəti çərçivəsində bundan sonra da aztəminatlı ailələr üçün layihələrini davam etdirəcək.

Qeyd edək ki, AIMC Azərbaycan Respublikası Hökuməti ilə “R.V. Investment Group Services LLC” (ABŞ) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycanda müxtəlif qızıl və mis layihələrinin kəşfiyyatı, idarəedilməsi və hasilatın pay bölgüsünü əhatə edən əməliyyatlar üzrə faəliyyət göstərən şirkətidir. Onun portfelinə istismarda olan Qoşa və Gədəbəy mədənləri daxildir. Hasilatın Pay Bölgüsü Sazişi (PSA) çərçivəsində layihələr 51 faiz paya malik olan Azərbaycan Respublikası Hökuməti ilə tərəfdaşlıq şərtləri əsasında həyata keçirilir.

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!