IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

“Azercell Biznes” tətbiqi artıq “AppStore” və “Google Play”də!

“Azercell Biznes” ilə şirkət hesabında olan bütün mobil nömrələrinizi  vahid mərkəzdən idarə edin! 

Ən müasir və innovativ həllərin tətbiqi ilə biznes tərəfdaşlarının işgüzar fəaliyyətini daha səmərəli şəkildə təşkil etməyə dəstək verməyi hədəfləyən Azercell bu missiyanın reallaşdırılması  istiqamətində önəmli addım atır. Lider mobil operator korporativ nömrələri daha asan, operativ və rahat şəkildə idarə etməyə dəstək olan innovativ “Azercell Biznes” tətbiqi  və veb platformasını istifadəyə verir.  

Korporativ abunəçilərin  təyin etdiyi məsul şəxslər platformanın çoxçeşidli özünəxidmət funksiyalarından yararlana bilərlər. Özündə korporativ yönümlülük və fuksionallıq, xüsusi dizayna malik interfeys və bir çox digər üstünlükləri cəmləşdirən “Azercell Biznes” şirkət hesabında olan nömrələrə vahid məkandan nəzarət etmək və müxtəlif əməliyyatları yerinə yetirmək imkanı verir.  

Korporativ yönümlülük və funksionallıq : 

Bir istifadəçi identifikatoru ilə bir və ya bir neçə şirkətin hesabını idarə etmək imkanı;

Fərdiləşdirilmiş filtrləmə, qruplaşdırma və axtarış seçimləri ilə maliyyə hesabatları daxil olmaqla şirkət nömrələrinə aid bütün məlumatları real vaxt rejimində izləmək imkanı;

Hesab fakturaların əldə edilməsi, internet paketlərin dəyişdirilməsi, nömrələrin rabitə, beynəlxalq və rouminq  xəttinin açılması/bağlanması və bir sıra digər əməliyyatların tətbiq üzərindən icrası. 

Bütün əməliyyat sistemlərini dəstəkləyən adaptiv dizayn: 

Bütün əməliyyat sistemlərini dəstəkləyən interfeys və adaptiv dizayn platformanın həm tətbiq, həm veb versiyalarından istənilən cihaz və ya planşetdə istifadə etməyi mümkün edir.

Mükəmməl rouminq təcrübəsi 

Rouminq tarifləri və rouminq internet paketləri haqqında məlumatla onlayn rejimdə tanış olmaq, müvafiq rouminq internet paketini aktivləşdirmək imkanı. 

24/7 Müştəri Xidmətləri

Platforma vasitəsilə Azercell Biznes-in fasiləsiz rejimdə çalışan onlayn müştəri xidmətləri ilə əlaqə saxlamaq olar. 

Platforma müştəri məlumatlarının məxfiliyini və əməliyyatların təhlükəsizliyini  yüksək səviyyədə təmin edir. Belə ki, tətbiq daxilində paylaşılan bütün mesajlar, ödəniş detalları, fayllar və məlumatlar ən müasir şifrləmə texnologiyası vasitəsilə qorunur.  Müxtəlif istifadəçi bazasına xidmət edən rəqəmsal platforma Azərbaycan, Rus və İngilis dillərini dəstəkləyir.

Abunəçilərə ən yaxşı müştəri təcrübəsi təqdim edilməsi məqsədilə platformanın funksional imkanları mütəmadi şəkildə genişləndiriləcək. 

Effektiv ünsiyyət qurmağa, nömrələrə tam nəzarət etməyə və biznes xərclərinizi optimallaşdırmağa dəstək olan “Azercell Biznes”i ödənişsiz əsaslarla “AppStore” və ya “Google Play”dən yükləyin!

 “Azercell Biznes” –rahatlığınız üçün istifadə edin!

Əlavə məlumat üçün: Azercell biznes tətbiqi

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!