IqtisadiyyatMobil dünyaPR-TanıtımTəqdimat

® “Azercell Biznes” yenilənmiş “Biznesim” tarif planlarını və “Biznesim Klubu” loyallıq proqramını təqdim edir

Lider mobil operator korporativ müştərilərinə yüksəksürətli mobil internet və limitsiz şirkətdaxili zənglər ilə yanaşı, rabitə xərclərinə xüsusi endirimlər və hədiyyə smartfonlardan yararlanmaq imkanı verir.

Ölkədə biznes ekosisteminin inkişafına dəstək olmaq məqsədilə “Azercell Biznes” abunəçilərinə və yeni müştərilərinə yenilənmiş “Biznesim” tarif paketlərini təklif edir. Əlçatan və sərbəst ünsiyyət üçün sərhədsiz imkanlar açan “Biznesim” tarifləri indi daha da müştəri yönümlüdür. Hər bir abunəçinin rabitə ehtiyaclarını qarşılamağı hədəfləyən bu tariflər ölkədaxili dəqiqələrdən, limitsiz korporativ zənglərdən və “4G” yüksəksürətli mobil internetdən yararlanmaq üçün ən sərfəli şərtlər yaradır.

“Biznesim” tarif paketləri ilə yanaşı, “Azercell Biznes” öz korporativ müştərilərini yeni istifadəyə verilmiş “Biznesim Klubu”na dəvət edir. “Biznesim Klubu”nun üzvləri “Biznesim Loyallıq” proqramı ilə yanaşı, bir sıra digər üstünlüklərdən yararlana bilərlər. Belə ki, bu proqram çərçivəsində müştərilər rabitə xərclərinə endirimlər, hədiyyə telefonlar, “Azercell Akademiyası”nda unikal təlimlər, korporativ tədbirlərə dəvət və digər eksklüziv təkliflər əldə edəcək.

“Azercell Telekom” MMC-nin Korporativ Seqment Biznes strukturunun “B2B” Məhsul Strategiyası və İdarə Edilməsi şöbəsinin rəhbəri Nicat Əliyev bildirib: “Ötən il ərzində bizim əsas missiyamız ən qabaqcıl və innovativ həllərimiz ilə müştərilərimizin rəqəmsal transformasiyasına dəstək olmaq idi. Pandemiya dövründə biznes seqmentinin rəqəmsal texnologiyalara uğurlu keçidini təmin etmək məqsədi ilə biz “Biznesim Veb” həllini, eləcə də sürətli internetdən faydalanmaq imkanı verən “GigaMax” limitsiz internet paketlərini yerli bazara gətirdik. Öz növbəsində, yenilənmiş “Biznesim” tarif planları abunəçilərimizi rahat, etibarlı, əlavə xərclər yaratmayan və təhlükəsiz kommunikasiya xidmətləri ilə təmin edir. Bu tarif planları sayəsində müştərilərimiz gündəlik kommunikasiya və rabitə ehtiyaclarının idarə olunmasına əlavə vaxt və resurslar sərf etməyəcək. Bu üstünlükdən faydalanaraq abunəçilərimiz bizneslərinin inkişafına daha çox diqqət ayırıb müştərilərinə yüksək xidmət göstərməyə davam edə biləcəklər. Mən inanıram ki, yeni “Biznesim” tarif planlarımız çərçivəsində müştərilərimiz ölkənin istənilən yerində effektiv və rahat fəaliyyət üstünlüyündən yararlanacaqlar”.

“Biznesim” tarif paketləri və “Biznesim Klubu” barədə əlavə məlumatı https://www.azercell.com/az/corporate.html səhifəsində əldə edə bilərsiniz.

Əlavə məlumat üçün “Azercell”in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon Mərkəzi (*6050) ilə əlaqə saxlaya bilərsiniz.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!