IqtisadiyyatMobil dünyaTurizmTəhsilTəqdimat

® “AZERCELL – CUP” İnformatika və Proqramlaşdırma müsabiqəsinə start verilir

“Azercell” informatika və kompüter elmləri sahəsində məktəb təhsilinin dəstəklənməsi, həmçinin məktəblilərin alqoritmik düşünmə qabiliyyətinin inkişafına yönəlmiş layihələri həyata keçirməyə davam edir. Lider mobil operator Elm və Təhsil Nazirliyi ili birgə əməkdaşlıqla 6-8-ci sinif şagirdlərini noyabrın 19-da təşkil olunacaq “Azercell Cup” İnformatika və Proqramlaşdırma müsabiqəsində iştirak etməyə dəvət edir. Qeydiyyat tarixi: Noyabrın 6-dan 13-dəkdir.

İki mərhələdən ibarət olacaq müsabiqənin 1-ci mərhələsi “www.olimpiada.edu.az” saytı üzərindən onlayn şəkildə keçiriləcək. Müsabiqədə 2000 şagirdin iştirakı nəzərdə tutulub. Yarışın sonunda 24 nəfər qalib elan ediləcək. Hər yaş qrupu üzrə qaliblər diplom və medallarla, həmçinin “Azercell Telecom” MMC tərəfindən dəyərli hədiyyələrlə təltif olunacaqlar. Yüksək nəticələr göstərən iştirakçılar Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar.

Texnoloji dünyanı birlikdə quraq, gələcəyə töhfə verək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!