Azercell-dən rəqəmsal Yeni İl kampaniyası!
Kampaniyaya qoşulan abunəçilər şirkətin rəqəmsal həllərindən internet sərf etmədən yararlanacaq
Telekommunikasiya sahəsində dünya tendensiyaları ilə hər zaman ayaqlaşaraq istifadəçilərinə rəngarəng mobil həllər təqdim edən “Azercell Telekom” qarşıdan gələn 2020-ci il münasibətilə “Yeni il kampaniyası”na başlayır. Belə ki, dekabrın 9-dan yanvarın 9-dək davam edəcək kampaniya çərçivəsində “iVi”, “Bookmate”, “Zvuk” xidmətlərdən istifadə edən abunəçilər üçün internet xərcləmələri ödənişsiz olacaq.
Kampaniyadan yararlanmaq üçün abunəçinin xətti 2 tərəfli açıq və balansda minimum 1 AZN vəsait olmalı, ən əsası isə, internet xətti aktiv olmalıdır. Abunəçilər kampaniyaya daxil olan xidmətlərin müvafiq şifrələrini yığaraq “Azercell”in təqdim etdiyi bu fürsətdən yararlana bilərlər.
Qeyd edək ki, “iVi Mobil Cinema” xidmətinə aylıq qoşulma üçün “*302#”, “Bookmate” xidmətinə aylıq qoşulma üçün “*533#” və “Zvuk” xidmətinə aylıq qoşulma “*707#” şifrəsini yığmaq lazımdır.
Xatırladaq ki, “Azercell Plus” xidmətləri çərçivəsində təqdim edilən “iVi”, “Bookmate” və “Zvuk” mobil tətbiqləri minlərlə film, kitab və musiqi parçasından limitsiz şəkildə yararlanmaq imkanı yaradır. “Azercell” abunəçiləri üçün xüsusi güzəştlə təqdim olunan bu rəqəmsal xidmətlərdən bir ay ərzində internet xərcləri ödəmədən yararlanma imkanı şirkətin öz müştərilərinə bayram ərəfəsində təqdim edəcəyi hədiyyələrdən biridir.
Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.