Azercell ilə “Karyerada ilk addım”ını at!
Ölkədə gənclərin həm fərdi, həm də peşəkar inkişafına təkan verən layihələrin əşəbbüskarı və Karyera Sərgilərinin fəal iştirakçısı olan “Azercell Telekom” MMC bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət, Azərbaycan Texniki Universiteti ilə Əmək və Əhalinin osial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə əməkdaşlığı ərçivəsində noyabr ayının 28-i İdman sarayında təşkil olunan II Karyera Sərgisinə atılıb.
“Karyerada ilk addım” devizi altında keçirilən bu sərgi iş imkanlarını gənc peşəkarlarla aylaşmaqla yanaşı, həm də onların müəssisə əməkdaşları ilə ünsiyyət qurması və iş həyatında möhkəm addımlarla irəliləməsi yönündə önəmli bir təşəbbüsdür.
Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi şöbəsinin əməkdaşları sərgi iştirakçılarına əmək bazarındakı son tendensiyalardan bəhs edib və onları maraqlandıran sualları cavablandırıb. Həmçinin Azercell əməkdaşları şirkətdə mövcud olan vakansiyalar, tələbələr üçün nəzərdə tutulan Təqaüd və Təcrübə proqramları barədə də bəhs edib.
Vurğulamaq istərdik ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi təhsil sahəsinə aiddir. Ölkənin aparıcı ali təhsil mərkəzləri ilə əməkdaşlıq edən Azercell bu minvalla gənclərin potensiallarının üzə çıxarılmasına, onların peşəkar kadr olaraq yetişdirilməsinə öz dəstəyini verir.
Qeyd edək ki, Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.