Azercell-in rəqəmsal xidmətləri “Umico”da!
Ölkənin lider mobil operatoru “Azercell” rəqəmsal xidmətlərini müştəriləri üçün daha da əlçatan edir. Artıq “Azercell” abunəçiləri “Umico” platforması üzərindən “Azercell”in “BluTV”, “SberZvuk”, “IVI”, “Bookmate”, “NNTV” kimi rəqəmsal həllərini aktiv edə bilərlər.
Xidmətdən istifadə qaydası çox sadədir. Bunun üçün öncə “Umico” tətbiqini “App Store” və ya “Play Store”dan yükləmək lazımdır. Daha sonra “Umico”da “Bonunslar” səhifəsinə keçid edib “Azercell – Keşbekli xidmətlər” bölümü seçilməlidir.
Tətbiq vasitəsilə “Azercell”in rəqəmsal həllərinə günlük, həftəlik və aylıq paketlər şəklində qoşulmaq mümkündür. Qeyd edək ki, hazırda xidmət haqqı “Azercell” mobil nömrəsinin balansından tutulur.
“Azercell”in rəqəmsal məhsullar portfeli ilə tanış olmaq üçün https://www.azercell.com/az/personal/digital-solutions.html səhifəsinə keçid etməyiniz xahiş olunur.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.