IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

“Azercell Telekom” MMC yeni iPhone 15 smartfonlarını rəsmi olaraq təqdim edir!

Yeni bağlantı imkanları və innovasiyaları Azercell-in sərfəli kampaniyası ilə birlikdə kəşf edin

 Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı olan “Azercell Telekom” MMC yeni nəsil iPhone smartfonlarının təqdimatını həyata keçirir. Abunəçilərinin müştəri təcrübəsini daha da gücləndirməyi hədəfləyən lider mobil operator ölkə bazarına ən yeni texnologiyaları gətirməyə davam edir. 

Beləliklə, sentyabr ayının 29-dan etibarən iPhone 15 seriyalı smartfonlar Azercell Eksklüziv mağazalarında satışda olacaq. Səbirsizliklə gözlənilən növbəti iPhone modelləri yeni bağlantı və ünsiyyət imkanlarını təqdim edəcək. 

Azercell iPhone 15 alıcıları üçün xüsusi kampaniya keçirir. Şirkət Azercell Eksklüziv mağazalarından iPhone 15 seriyalı smartfonları alan bütün  müştərilərinə  seçdikləri “Sərbəst” tarifinə bir il ərzində 30% endirim təqdim edir. Bu təklif Azercell müştərilərinə iPhone 15-in yüksək performansından yararlanmaqla yanaşı, rabitə xərclərinə də qənaət etmək imkanı verir.

 Yeni iPhone 15 smartfonlarının ilk sahiblərindən biri olmağa tələsin! 29 sentyabrdan etibarən ən yaxın Azercell Eksklüziv mağazasına gəlin və yeni nəsil rəqəmsal həlləri Azercell ilə kəşf edin! 

Daha ətraflı məlumat üçün şirkətin rəsmi internet səhifəsinə keçid edin: https://www.azercell.com/az/personal/campaigns/devices/smartfonlar.html

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!