IqtisadiyyatMobil dünyaTurizmTəhsilTəqdimat

® “Azercell”in dəstəyi ilə Beynəlxalq Olimpiadada ölkəmizi təmsil edən məktəblilər Vətənə medallarla dönüblər

“Azercell” ilə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı sayəsində Beynəlxalq Olimpiadada ölkəmizi təmsil edən məktəbli qızlarımız uğurlu nəticələr əldə ediblər

İsveçdə təşkil olunan Avropa Qızlar İnformatika Olimpiadasında “Azercell Telekom”un dəstəyi ilə təmsil olunan Azərbaycan komandası uğurlu nəticələr əldə edib. Qızlar üçün nəzərdə tutulmuş proqramlaşdırma müsabiqəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) qızıl medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə gümüş medal qazanıblar.

Əllidən çox ölkədən 200-ə yaxın məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 şagird ilə təmsil olunub. Müsabiqənin şərtlərinə əsasən gənc iştirakçılar təqdim olunan tapşırıqları həll etmək üçün effektiv alqoritmlər hazırlayaraq uğurlu nəticə nümayiş etdirməyə çalışıblar.

Qeyd edək ki, “Azercell Telekom” 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məktəblilərin informatika üzrə beynəlxalq yarışlara hazırlıq prosesində iştirak edir. Ölkənin lider mobil operatoru İnformasiya Texnologiyaları sahəsi üzrə təhsilə dəstək, xüsusən də qızların informatika fənninə marağının artırılması, onların İKT sahəsində gələcək mütəxəssis kimi yetişdirilməsi istiqamətində mütəmadi olaraq layihələr həyata keçirir.

“Azercell” olimpiadaçı qızlarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayır!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!