FinansIqtisadiyyatTəqdimat

AZSIĞORTA 2018-Cİ İLİ MƏNFƏƏTLƏ BAŞA VURDU

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan AZSIĞORTA sığorta şirkəti 2018-ci ili 4,7 milyon AZN xalis mənfəətlə başa vurub.

AZSIĞORTA şirkətinin mənfəət əldə etməsi – portfoliosunun keyfiyyətinin yaxşılaşdırılması, xərclərin azaldılması və investisiya gəlirləri sayəsində mümkün olub.

Bu uğurlar 2018-ci ilin noyabrında şirkətin maliyyə dayanıqlılığı reytinqini “B” səviyyəsində olaraq təsdiqləyən “Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən də qeyd edilmişdir. Qeyd edək ki, AZSIĞORTA bazarda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir.

2018-ci ildə şirkət könüllü və icbari sığorta növləri üzrə ümumilikdə 20 milyon manatdan çox sığorta haqqı toplayıb. Sığorta ödənişlərinin həcmi isə 8 milyon manat təşkil etmişdir.

2018-ci il ərzində AZSIĞORTA şirkətinin kapitallaşması 29,9 milyon AZN-dən 34,7 milyon AZN-dək artıb. Nizamnamə kapitalı 20,3 milyon AZN səviyyəsində qalan şirkət bu göstərici üzrə bazarda 3 sığorta şirkətindən biridir.

Ümumi aktivlərin həcmi, demək olar ki, dəyişməyərək, 61 milyon AZN səviyyəsində qalıb. Bununla belə, 2017-ci ildə 53,6 milyon AZN olan qısamüddətli aktivlər 54,1 milyon AZN-dək artıb.Keçən il ərzində şirkətin debitor borcları 1 milyon manat həcmində azalmışdır.

Xatırladaq ki, AZSIĞORTA fəaliyyət üçün lisenziyanı 2006-cı ilin noyabrında alıb və Azərbaycanın sığorta bazarında ən stabil şirkətlərdən biridir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!