FinansIqtisadiyyatSosialTəqdimat

AZSIĞORTA “Gənclər üçün Əmək Yarmarkası-2019”-da iştirak edib

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan AZSIĞORTA “Gənclər üçün Əmək Yarmarkası-2019”-da iştirak edib.

Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə 10 İyun tarixində keçirilən ali təhsil müəssisələrində təhsil alan, eləcə də əlilliyi olan tələbə, magistr və məzunlar üçün nəzərdə tutulan yarmarkada AZSIĞORTA şirkəti tələbələrə hüquqşünas, tibbi dispetçer, satış nümayəndəsi və sair vakansiyalar təqdim edib.

Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak etdiyi əmək yarmarkasının təşkil olunmasında məqsəd gənclərin məşğulluğunun təmin edilməsinə köməklik göstərməkdir.

Xatırladaq ki, AZSIĞORTA ASC fəaliyyət üçün lisenziyanı 2006-cı ilin noyabrında alıb və Azərbaycanın sığorta bazarında ən stabil şirkətlərdən biridir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!