“Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Tbilisidə “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru ilə görüşüb
14 dekabr 2022-ci il tarixində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC-nin sədri Rövşən Rüstəmovla “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze arasında ikitərəfli görüş keçirilib.
ADY-dən bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusi ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Poti, Batumi və Kulevi limanları istiqamətində daşınma şərtləri və proseslərin optimallaşdırılması müzakirə edilib.
Qeyd edək ki, səfər çərçivəsində həmçinin nümayəndə heyətləri arasında “Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi’’ və “Asiya-Sakit okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa” beynəlxalq multimodal marşrutlarının inkişafı üzrə birgə fəaliyyət istiqamətlərinin razılaşdırılması ilə bağlı məhsuldar müzakirələr keçirilib.