FutbolIdman

Azərbaycan-Litva oyununun hakimləri müəyyənləşib

Martın 25-də futbol üzrə Azərbaycan və Litva milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Frame.az xəbər verir ki, oyunun baş hakimi rumıniyalı Fesnic Horatiu olacaq. Ona həmyerliləri Avram Valentin və Cerei Alexandru kömək edəcəklər.

Matçın dördüncü hakim funksiyasını Azərbaycan təmsilçisi Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan-Litva oyunu “Bakcel Arena”da saat 18:00-da start götürəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!