IqtisadiyyatTurizmTəqdimat

Azərbaycanla Meksika arasında turizm əlaqələrinin perspektivləri müzakirə edilib

Azərbaycanla Meksika arasında turizm əlaqələrinin inkişaf perspektivləri iyunun 25-də Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımovla Meksika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə olunub.

Görüşdə iki ölkə arasında ekoturizm, macəra turizmi və idman turizmi ilə bağlı birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.

Xanım Mariya Viktoriya Romero ölkələrinin etnik xalqı olan və uzun məsafələrə qaçış qabiliyyəti ilə tanınan Raramuri haqqında məlumat verərək, hər il Meksikada bu xalq tərəfindən qaçış marafonunu keçirildiyini və cari ilin iyul ayında ənənəvi olaraq 27-ci idman marafonunun təşkil olunacağını qeyd edib.

O, marafonun bundan əvvəl Avstriyada keçirildiyini və dünyanın müxtəlif ölkələrindən çoxsaylı turistlərin və idmançıların yarışda iştirakından bəhs edib.

Xanım səfir sözügedən ultramarafonun Azərbaycanda keçirilməsi barədə təkliflə çıxış edib və bunun qarşılıqlı turist səfərlərinin artmasına töhfəsini verəcəyini qeyd edib.

Aparat rəhbəri Kənan Qasımov öz növbəsində idman turizminin ölkələr arasında turist axınına olan müsbət təsirini vurğulayaraq, Azərbaycanda keçirilmiş Milli Yaylaq Festivalı, Bakı Marafonu, eləcə də ölkəmizin qədim milli idman növləri olan zorxana və çovqan haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, Meksika vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!