CinemaEventsTəqdimatƏyləncə

Çoxdan gözlənilən “Akvamen və itmiş krallıq” super qəhrəman filmi “CinemaPlus”-da

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 21-dən etibarən Warner Bros. studiyasının “Akvamen və itmiş krallıq” Amerika fantastik döyüş super qəhraman filminin nümayişi başlayır. Bu, DC Genişləndirilmiş Kainatının on beşinci (sonuncu filmi) və 2018-ci ildə çəkilmiş “Akvamen” filminin davamıdır.

Rejissor Ceyms Van söz verib ki, bu hissədə sualtı dünya mümkün qədər üzə çıxacaq.

Baş rolda təkrarolunmaz Ceyson Momoa, həmçinin Ben Afflek, Ember Herd, Patrik Vilson, Temuera Morrison, Yahya Abdul-Matin II və başqaları rol alıblar.

Film haqqında qısa məlumat: Atlantidanın üzərində geri dönüşü olmayan fəlakətlə nəticələnə biləcək yeni bir təhlükə yaranır. Bu təhlükənin öhdəsindən hətta Akvamen təkbaşına gələ bilməz. Səltənətini xilas etmək üçün bu dəfə gözlənilməz ittifaq yaratmalı olacaq.

Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş ounacaq. Həmçinin, “Akvamen və itmiş krallıq” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə Dəniz Mall-da yerləşən CinemaPlus-da baxmaq olar.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az

mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link  

əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!