EventsTəqdimat

Bakı Dövlət Sirki “Möcüzələr Şəhəri” adlı Beynalxalq Su Sirk şousunu təqdim edir

Bakı Dövlət Sirki Allahverdi İsrafilovun təşkilatçılığı ilə, yeni payız programını “Möcüzələr Şəhəri” adlı Beynalxalq Su Sirk şousunu təqdim edir.

İlk dəfə olaraq ən çox gözlənilən Su Şousu sirkin səhnəsində 100-ton su illüziyası 600 fontan simfoniyası ilə tamaşaçılar üçün təqdim olunacaq. Şou artistləri möhtəşəm səyahətin tarixinə dair bir hekayəni anlatacaq, bu hekayənin qəhrəmanları unikal bir gəmi ilə bizi möcüzələr dünyasına aparacaqlar…

Artistlərin arasında əyləncəli kloun, akrobatlar, gimnastlar, ekvilibristlər, ayılar, itlər, meymunlar və popugaylar da çıxış edəcəklər. Beynalxalq Su Sirk şousu elə bir mühit yaradacaq ki həm uşaqlar həm də böyüklər üçün çox maraqlı olacaq.

“Möcüzələr Şəhəri” adlı Su Sirk şousu ilk olaraq oktyabr ayın 10-u Qarabağ müharibəsinin şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.

Biletlər şəhərin bütün kassalarında ve iticket rəsmi saytından əldə etmək mümkündür.

https://iticket.az/events/other/water-circus-the-city-of-wonders

– Bakı Dövlət Sirki

– 13.10.2023 – 29.10.2023

🎟️ – 11-35 AZN

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!