IqtisadiyyatTurizmTəqdimat

“Bakı Fond Birjası” (BFB) QSC tarixində ən böyük işə qəbul elan edir

Azərbaycanın yeganə birjası “Bakı Fond Birjası” QSC (BFB) fəaliyyətə başladığı tarixdən ilk dəfə ən böyük işə qəbul prosesinə start verir. 

Təşkilat 15 müxtəlif istiqamətli vakant iş yerinə qəbul prosesini elan edir. 

Vakansiyalar haqqında ətraflı məlumatı BFB-nin internet saytından https://www.bfb.az/en   https://www.bfb.az/en/careers əldə etmək olar. 

“BFB 2023-cü ili rekord göstəricilərlə başa vurur və bu hələ başlanğıcdır. Hazırda BFB olaraq 2024-2026-cı illəri əhatə edəcək yeni korporativ strategiya üzərində işləyirik. Yeni strategiyamısın əsas hədəflərindən biri bütün bazar iştirakçılarının inkişafını təmin etməkdir. Komandamıza qoşulacaq yeni əməkdaşların bu strategiyanın həyata keçirilməsində bizə dəstək olacaqlarına ümid edirik” , – deyə BFB-nin Müşahidə Şurasının sədri Fərid Axundov bildirib.

Əgər karyeranızı “Bakı Fonda Birjası” QSC-də davam etmək, peşəkar komandanın bir hissəsi olmaq istəyirsinizsə, ən son yenilənmiş CV-nizi sizə uyğun olan vakansiyanın başlığını qeyd etməklə  __careers@bse.az elektron ünvanına göndərə bilərsiniz.

_________ 

“Bakı Fond Birjası” QSC Azərbaycan Respublikasının iqtisadiyyat və maliyyə sektorunda 26 ildir ki, fəaliyyət göstərir. Bugünkü tarixə illik dövriyyəsi 23 milyard manat olanBakı Fond Birjası” QSC unikal tarixə, fond bazarının peşəkar iştirakçıları ilə möhkəm münasibətlərə və xarici ölkələrin bir çox fond birjaları ilə tərəfdaşlıq münasibətlərinə malikdir.

Birjanın fəaliyyətinin əsas istiqaməti ölkənin iqtisadi artımına dəstək olmaqdan, həmçinin maliyyə sistemində satış qabiliyyətinin təkrar paylanması üçün müvafiq platformanı təmin etməkdən, yerli və əcnəbi investorlar üçün şəffaf investisiya mühiti təqdim etməkdən ibarətdir.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!