Baku City CircuitFormula 1IdmanTəqdimatTəqdimat

Bakı Marşal Klubunun media nümayəndələri üçün genişmiqyaslı təlimi olub

Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubunun media nümayəndələri və məktəblilər üçün yerli marşalların iştirakı ilə genişmiqyaslı təlimi olub.

Təlimin keçirilməsində məqsəd yarış zamanı yarana biləcək fövqəladə hallar və qarşılıqlı fəaliyyət planlarının sınaqdan keçirilməsi, təhlükəli halların qarşısının alınması və nəticələrin çevik şəkildə aradan qaldırılması üçün yerli marşalların peşəkarlığının daha da artırılmasıdır.

Yarış simulyasiyası ilə yanaşı, media nümayəndələri və məktəblilərin Formula 1 avtoidmanı ilə yaxından tanışlıq məqsədi daşıyan xüsusi təlim keçirilib.

Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində təşkil olunmuş təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissədə Formula 1 Azərbaycan Qran-Prisinin idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Praktiki hissədə isə təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq ediblər. Tədbir zamanı Azərbaycan Avtomobil Federasiyasına məxsus “Volkicar” maşınlarının sürücüləri iştirakçılar üçün xüsusi yarış keçirib. Bundan əlavə, tədbir məkanında təşkil olunmuş lüks avtomobillər sərgisi və drift – avtomobillərin şou xarakterli yarışı iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da keçiriləcək. Yarışın təşkilində 1470 marşal iştirak edəcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!