“Bakı Metropoliteni” QSC: Hazırda şərti adı “B-3” olan stansiyanın inşası yekunlaşmaq üzrədir

Hazırda şərti adı “B-3” olan Bakı metrosunun “Bənövşəyi xətt”inin üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir.

Frame.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilir ki, 2016-cı ildə müstəqillik tarixinin ilk xətti – “Bənövşəyi xətt” inşa olunmaqla, onun iki stansiyası “Avtovağzal” və “Memar Əcəmi” istismara verilib və xətlərin uzunluğu 36,6 kilometrə çatdırılıb. Yeni xəttin stansiyaları 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub və gələcəkdə bütün stansiyalar da məhz bu prinsiplərə və ən yeni texnoloji standartlara uyğun tikiləcək. Hazırda şərti adı “B-3” olan “Bənövşəyi xətt”in üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir. Burada infrastrukturun qurulması ilə bağlı əsas işlər, təbii ki, COVID-19 virusu ilə bağlı bütün tədbirlərə ən ciddi şəkildə əməl olunmaqla davam etdirilir.

Postsovet məkanında metropolitenlə bağlı ən müasir texnoloji yeniliklər ilk dəfə Bakı Metropolitenində həyata keçirilir. “Bənövşəyi xətt”də infrastruktur, hərəkətin təşkili, idarəetmə sistemlərində innovasiyalar məhz buradan başlanır. Fransanın “Thales” şirkəti tərəfindən “Bənövşəyi xətt”də SCADA şəbəkəsi qurulur, gələcəkdə qatarların hərəkəti radiokanal idarəetməsi prinsipinə söykənən CBTC sistemləri ilə təmin olunacaq və bu istiqamətdə texnoloji proseslərin ardıcıllığına uyğun ilk addımlar indidən atılır. Burada, həmçinin simsiz telefoniyanın birləşdirilməsinə imkan verən TETRA sistemi tətbiq olunur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: