Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallarla görüş keçirib

Artıq 4-cü ildir ki, Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq gedir. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışın vacib və əvəzolunmaz tərkib hissəsi olan rəhbər marşalların görüşünü təşkil etmişdir.

Görüşdə ötən ilin yekun nəticələri, fevral ayının əvvəlində 1300 nəfərə yaxın marşal üçün start verilmiş təlimlərin plana uyğun olaraq yerinə yetirilməsi, 2019 Formula 1 mpvsümü üçün reqlanmentdə baş vermiş dəyişikliklərin nəzərdən keçirilməsi, yarış həftəsi prosedurunun icrası planı və ümumilikdə Formula 1 Azərbaycan Qran Prisinin gələcəkdə daha da mükəmməl keçməsi predmeti müzakirə olunur. Tədbirdə 100 nəfər rəhbər marşal iştirak edir.

Qeyd etmək istərdik ki, 2016-cı ildə təlimlər xarici rəhbər marşallar tərəfindən keçirildiyi halda, 2017-ci ildən etibarən bu təlimlər yerli rəhbər marşallar tərəfindən keçirilir. Keçmiş mövsümün yekun nəticələrinə  əsasən rəhbər marşalların təklif və rəyləri müzakirə olunduqdan sonra idarə heyəti tərəfindən müvafiq qərarlar qəbul edilir. 3 il ərzində marşallar üçün yaratdığımız təlim və kommunikasiya sistemi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdarə Heyətini ilə marşallar arasında mövcud olan əlaqə onların bu idman növünə olan marağı və bağlılığını daha da artırır.

Onu da vurğulamaq istərdik ki, bu sahədə atdığımız uğurlu addımlar nəticəsində hər il marşal kimi fəaliyyət göstərmək istəyənlərin sayı durmadan artır. Ötən il 1603 nəfər marşal olmaq istəyən şəxs qeydə alınmışdısa, bu il bu qərəm artaraq 2445 nəfər təşkil etmişdir və bu bizim üçün çox sevindirici və qürurverici haldır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: