EkologiyaTəqdimat

Bakı şəhərində və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən sentyabrın 19-20-də Bakı şəhərində və Abşeron yarımadasında havada tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, buna səbəb Bakı şəhərində və Abşeron yarımadasında meteoroloji şəraitlə əlaqədar olaraq tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsəhrəd daşınma deyil, lokal xarakterlidir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!