Baku Shopping FestivalƏn Son

Bakı Şopinq Festivalı İçərişəhərdən başlanır!

Təkcə Azərbaycanda və Qafqazda deyil, bütün regionda və hətta dünyada böyük marağa səbəb olacaq Bakı Şopinq Festivalının proqramı geniş və rəngarəngdir. İlk dəfə təşkil ediləcək Bakı Şopinq Festivalı artıq start ərəfəsindədir. Bu münasibətlə, festivalın ilk günü – aprelin 10-da İçərişəhərdə bu münasibətlə şou-proqram keçiriləcək.

Əyləncəli açılış mərasimi İçərişəhərin Qoşaqala qapısı tərəfdən girişində başlanacaq. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaxından dəstəyi ilə təşkil edilən, paytaxt sakinləri və şəhərimizin qonaqları üçün maraqlı və unudulmaz anların yaşanacağı açılışda Respublikanın bir sıra tanınmış incəsənət ustaları çıxış edəcəklər.

Bakı Şopinq Festivalının təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosundan verilən məlumata görə, DJ İlham Əmirovun müşayiəti ilə başlanacaq şou-proqramda “Natiq” ritm qrupu, “Qaya” ansamblı, Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər tanınmış müğənnilərin çıxışları, eləcə də, milli və xarici rəqslər tədbiri daha da rəngarəng edəcək.

Bakı Şopinq Festivalı bakılıları və paytaxtımızın qonaqlarını festivalın faydasından bəhrələnmək üçün tədbirlərimizə fəal qoşulmaqla, bu tarixi hadisəni birlikdə yaşamaq və təqdim ediləcək maraqlı sürprizlərin canlı şahidi olmaq üçün İçərişəhərə dəvət edir.

Xatırladaq ki, çoxdan gözlənilən Bakı Şopinq Festivalına aprelin 10-da, saat 15:00-da İçərişəhərin Qoşaqala qapısı tərəfindən girişində möhtəşəm şou-proqramla start veriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!