Bakıda “Ali təhsilin rəqəmsal transformasiyası” seminarı keçirilib
Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda ali məktəblərin müəllim və inzibati heyəti üçün “Ali təhsilin rəqəmsal transformasiyası” mövzusunda seminar keçirilib.
Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov qeyd edib ki, “Microsoft”un Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir.
“Azərbaycanın təhsil sahəsinin nümayəndələri arasında rəqəmsaltransformasiyaya böyük marağın olmasına baxmayaraq onun icra prosesihələ də erkən mərhələdədir. “Microsoft” uğurlu rəqəmsal transformasiyanın dörd əsas açarını vurğulayır: tələbələrin cəlb edilməsi, müəllimlərə və tələbələrə dəstəyin göstərilməsi, təhsil müəssisələrinin optimallaşdırılması, tədris prosesinin transformasiyası. Tələbələrin cəlb olunması üçün təhsil müəssisələri rəqəmsal, interaktiv və fərdi məzmunları tətbiq etməlidir”, – deyə Emin Axundov bildirib.
Öz növbəsində tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı sözügedən təhsil ocağının rəqəmsal transformasiya təcrübəsi barədə danışıb, həmçinin qeyd edib ki, bu proses bir neçə qarşılıqlı mərhələlərdən ibarətdir və tək təhsilin məzmununa deyil, həm də onun təşkilinə toxunur. Ümumiyyətlə, tədris prosesi haqqında daha müfəssəl məlumatlara sahib olmaq imkanı, tələbələrin nailiyyətlərində və tədris proqramlarında əhəmiyyətli dəyişikliklərə gətirib çıxarır.
“Bu gün əmək bazarı təhsil müəssisələrindən məzunları keyfiyyətcə fərqli hazırlanmasını tələb edir. Biz tələbə və müəllimlərin innovasiya ideyalarına böyük əhəmiyyət veririk və bununla da təhsilin transformasiya prosesinu dəstəkləyirik ki, gələcək nəsil yeni çağırışları daha hazırlıqlı qarşılasın”, – deyə professor Mustafa Babanlı bildirib.
Seminar çərçivəsində “Azure”, “Office 365”, “Imagine Academy”, tələbərin sertifikatlaşdırılması və “Microsoft”un təhsil sahəsində istofadə olunan bu kimi məhsul və xidmətləri təqdim olunub, həmçinin İT-infrastrukturun idarə edirlməsi və “ictimai bulud” xidmətlərinin iqtisadi səmərəliyi məsələlərinə toxunulub.
Frame.az