EventsFashionTəqdimat

Bakıda Daş salnamə muzeyində “Azerbaijan Fashion Week” moda həftəsi keçirilir.

Frame.az xəbər verir ki, AFW-in ikinci günündə qazaxıstanlı “One to one” və Tamara Lamanukayeva fashion-tandeminin, həmçinin ukraynalı modelyer Snejana Qorobeç, gürcüstanlı dizaynerlər Zenki və Mari və fransız Kristof Qilyermenin moda kolleksiyaları nümayiş olunub.

Qeyd edək ki, “Azerbaijan Fashion Week” ildə iki dəfə keçirilir. İlk üç mövsüm çərçivəsində Azərbaycan, Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstandan olan dizaynerlərinin iştirakı ilə 60-dan çox nümayiş keçirilib.

Moda həftəsi Azərbaycanda inkişaf edən moda sənayesinin populyarlaşdırılmasına və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün şərtlərin yaradılmasına yönəlib. Tədbirdə moda sənayesinin beynəlxalq ekspertləri, o cümlədən, ən böyük satış şəbəkələri və mağazaların bayerləri, yerli və beynəlxalq jurnalların, beynəlxalq PR agentliklərinin nümayəndələri iştirak edirlər.

“Azerbaijan Fashion Week”in ikinci günündən fotoları təqdim edirik. Mənbə Oxu.az_mg_8145 _mg_8195 _mg_8040 _mg_7539 _mg_7810 _mg_7858 _mg_7869 _mg_7882 _mg_7901 _mg_8016 _mg_8033 _mg_8078

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!